Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirildi

Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirildi
Video
Hadisə 1273

Bakının Nərimanov rayonunda ictimai yerdə yarıçılpaq halda gəzən qadının görüntüləri yayılıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, gənc qadının əynində paltar olmasına baxmayaraq, sinə nahiyəsini açaraq gəzməsi birmənalı qarşılanmayıb.

Onun bu formada hərəkəti ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən dayandırılıb və aidiyyəti üzrə təhvil verilib. Həmin qadının şəhər sakini, qeydiyyatda olan ruhi-əsəb xəstəsi olması müəyyən edilib.

Artıq sözügedən şəxs valideynlərinin də razılığı ilə ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər