Amerikalı ekspert İlham Əliyevi dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edib
Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən nüfuzlu 15 liderindən biridir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə aparıcı eksperti Ceyms Cey Karafano "X"dəki hesabında yazıb.
"Bu günün ən yüksələn və nüfuzlu dünya liderlərinin siyahısı Miley (Argentina Prezidenti Xavyer Miley), Meloni (İtaliyanın Baş naziri Ciorcia Meloni), Kast (Çili Prezidenti Xose Antonio Kast), Stubb (Finlandiya Prezidenti Aleksandr Stubb), Modi (Hindistanın Baş naziri Narendra Modi), Takaiçi (Yaponiyanın Baş naziri Sanae Takaiçi), Navrotski (Polşa Prezidenti Karol Navrotski ), Dans ("Heritage" fondunun layihə rəhbəri Pol Dans), Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev), VI Məhəmməd (Mərakeşin Kralı VI Məhəmməd) , Zelenski (Ukrayna Prezidenti Volodimir Zelenski), Netanyahu (İsrailin Baş naziri Benyamin Netanyahu), Merts (Almaniya Kansleri Fridrix Merts) və öz liqasında tək olan Donald Trampdır (ABŞ Prezidenti Donald Tramp)", - paylaşımda bildirilib.
Ceyms Cey Karafano Duqlas və Sara Allison xarici siyasət araşdırmaları mərkəzinin direktoru və "Heritage" fondunun Ketrin və Şelbi Kallom Devis beynəlxalq araşdırmalar institutunun vitse-prezidentidir. Karafano ABŞ Konqresində müdafiə, kəşfiyyat və vətən təhlükəsizliyi məsələləri üzrə ekspert kimi ifadə verib. Karafano, "Heritage"in antisemitizm əməliyyatlarının, o cümlədən "Esther" layihəsinin rəhbəridir.
Today’s list of Top RISING, impactful world leaders, Milei, Meloni, Kast, Stubb, Modi, Takaichi, Nawrocki, Dans, Aliyev, Mohammed VI
— James Jay Carafano (@JJCarafano) March 12, 2026
of Morocco, Zelenskyy, Netanyahu, and Merz and in a league of his own: @realDonaldTrump
Oxşar xəbərlər
İsveçrənin xarici işlər naziri Azərbaycana təşəkkür edib
İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kasis Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. BAKU.WS xəbər v...