Neftin qiyməti bahalaşdı - 100 dolları keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya bazarında "Brent" markalı xam neftin qiymətində ciddi artım qeydə alınıb.
BAKU.WS beynəlxalq ticarət platformalarına istinadən xəbər verir ki, "Brent" neftinin bir barelinin dəyəri 100 dollar həddini aşaraq son dövrlərin ən yüksək göstəricilərindən birinə yüksəlib.
Bakı vaxtı ilə saat 07:27-yə olan məlumata əsasən, "Brent" markalı neftin may fyuçersləri əvvəlki qiymətlə müqayisədə 9,77% bahalaşaraq 100,97 dollar səviyyəsinə çatıb.
Qeyd edək ki, enerji bazarında müşahidə olunan bu artım əsasən qlobal geosiyasi gərginlik, neft təchizatı ilə bağlı risklər və investorların artan tələbi ilə əlaqələndirilir.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...