Azərbaycanda influenserlər və bloqerlərə reklamla bağlı QADAĞA

Azərbaycanda influenserlər və bloqerlərə reklamla bağlı QADAĞA
Sosial 127

Azərbaycanda Influenserlərin və bloqerlərin istifadə etmədiyi məhsulları reklam etməsi qadağan edilib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı bu gün Bakıda "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda keçirilən forumda bildirib.

Onun sözlərinə görə, ötən il "Reklam haqqında" Qanununa edilən dəyişikliklər nəticəsində rəqəmsal platformalarda fəaliyyət göstərən influencer və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunub:

"Dəyişikliklərə əsasən influenserlərin özlərinin istifadə etmədiyi məhsulları istifadə edirmiş kimi təqdim edərək reklam etməsi qadağan olunub. Qanuna edilən dəyişikliklər həmçinin qanunsuz qumar oyunlarının və qeydiyyatdan keçməmiş stimullaşdırıcı lotereyaların reklamının yayılmasının qarşısını almağa yönəlib. Bu tənzimləmələr istehlakçıların aldadılmasının qarşısını almaq və reklam bazarında şəffaflığı artırmaq məqsədi daşıyır".

Son xəbərlər