İsveçrənin xarici işlər naziri Azərbaycana təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
İsveçrə Konfederasiyasının federal xarici işlər naziri İqnasio Kasis Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, nazirlər beynəlxalq və regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Mövcud gərginliyin daha da artmasının yolverilməz olduğu vurğulanaraq, böhranın dialoq və diplomatik vasitələrlə həllinin vacibliyi qeyd edilib.
İsveçrə naziri ölkəmizə qarşı İran tərəfindən həyata keçirilmiş dron hücumu ilə bağlı ölkəmizlə həmrəyliyini ifadə edib. O, həmçinin İran ərazisindən İsveçrə vətəndaşlarının təxliyəsinə göstərilən dəstəyə görə ölkəmizə təşəkkür edib.
Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə İsveçrə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Bu çərçivədə aprel ayında Xarici İşlər Nazirlikləri arasında keçiriləcək siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...