Bakıda virusa görə 80-dən çox avtobus dezinfeksiya edildi - VİDEO

Bakıda virusa görə 80-dən çox avtobus dezinfeksiya edildi - VİDEO
Foto Video
Video 441

İctimai Nəqliyyatda kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir.

BAKU.WS xəbər verir ki, bu dəfə “MENLOQ” MMC-yə məxsus 7 xətt üzrə - 29, 67,71, 83, 103 və 147 saylı avtobuslarda növbəti əks-epidemik dezinfeksiya tədbirləri həyata keçirildi.

Gecə saatlarında reysdən sonra gündəlik təmizlikdən keçən avtobuslarda xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya prosesi baş tutub.

Ötən gecə sözügedən şirkətə məxsus 80-dən çox avtobus Azərbaycan Respublikası Səhiyyə nazirliyi tərəfindən lisenziya verilən dərmanlarla dezinfeksiya edildi.

İnsanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə oturacaqlar, döşəmə, eləcə də əl tutğacları təmizləndi. Səhər marşruta buraxılacaq avtobuslar tam gigiyenik və təmiz olacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, gündəlik olaraq avtobuslar xətdən qayıtdıqdan sonra istehsalat bazasında təmizlənməlidir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dezinfeksiya işləri davam etdirilir. Son 3 gün ərzində müntəzəm marşrut xətlərində istismar edilən 500-ə qədər avtobus dezinfeksiya edilib.

Oxşar xəbərlər

"Bakı Metropoliteni" koronavirusla bağlı hərəkətə keçdi - VİDEO

"Bakı Metropoliteni" koronavirusla bağlı hərəkətə keçdi - VİDEO

Çindən bütün dünyaya sürətlə yayılmaqda olan koronavirus ("2019-nCoV") infeksiyasına qarşı əks-epidemik tədbirlərə Bakının əsas ictimai sərnişindaşıma nəqliyyat...

1099 Video 16:29 21 fevral 2020

Son xəbərlər