SİZİN REKLAM BURADA!
055 213 76 73


Fevralın 25-də Azərbaycana səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi zamanı maraqlı hadisə baş verib. 

BAKU.WS xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunarkən çəkilən kadrlar diqqət çəkib. 

Türkiyə mətbuatı yazır ki, Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla salamlaşarkən təəccüblənib. Bildirilir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Ərdoğanla salamlaşmanı uzadıb.

Bu məqam Ərdoğanın diqqətini çəkib. Daha sonra Türkiyə prezidenti Prezident İlham Əliyevə dönərək bir şeylər deyib. İlham Əliyev isə Ərdoğanın sözlərinə gülərək reaksiya verib. 

BAKU.WS
VİDEO