Vasif Talıbovun Ərdoğanla salamlaşması Türkiyə mətbuatında gündəm oldu - VİDEO

Vasif Talıbovun Ərdoğanla salamlaşması Türkiyə mətbuatında gündəm oldu - VİDEO
Video
Video 15281

Fevralın 25-də Azərbaycana səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi zamanı maraqlı hadisə baş verib.

BAKU.WS xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunarkən çəkilən kadrlar diqqət çəkib.

Türkiyə mətbuatı yazır ki, Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla salamlaşarkən təəccüblənib. Bildirilir ki, Azərbaycan nümayəndə heyətinin üzvü Ərdoğanla salamlaşmanı uzadıb.

Bu məqam Ərdoğanın diqqətini çəkib. Daha sonra Türkiyə prezidenti Prezident İlham Əliyevə dönərək bir şeylər deyib. İlham Əliyev isə Ərdoğanın sözlərinə gülərək reaksiya verib.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...

48249 Siyasət 16:46 16 mart 2019

Son xəbərlər