VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.

BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

***10:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “28 May” stansiyası ətrafında sakinlərlə görüşüb. 

BAKU.WS-in əldə etdiyi görüntülərdən aydın olduğu kimi, dövlət başçısı sakinlərlə görüşüb və onların problemlərini dinləyib. 

Prezident sakinlərin problemlərinin həlli ilə bağlı köməkçilərinə tapşırıq verib. Sakinlərin problemləri yerində qeydə alınıb.

Bəzi vətəndaşlar dövlət başçısı ilə şəkil də çəkdirib. 

Şahin

BAKU.WS
VİDEO

QALEREYA