Nazirlik: 1 nəfərdə quduzluq müşahidə edilib
28
sen
2026
13:33
2026-cı ilin ilk 6 ayı ərzində heyvanlar 34 776 nəfəri dişləyib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin direktor müavini Rita İsmayılova deyib.
O bildirib ki, sadəcə həmin şəxslər arasında 1 nəfərdə quduzluq halı müşahidə olunub.
Rita İsmayılova vurğulayıb ki, heyvanlar 2023-cü ildə 43 mindən çox, 2025-ci ildə isə 45 mindən çox insanı dişləyib.
O, sonda qeyd edib ki, Azərbaycanda quduzluq hallarında azalma tendensiyası nümayiş edilir.
Oxşar xəbərlər
Bakının mərkəzində piyada zonaları genişləndirilir
Bakı şəhərində mobilliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi və piyada hərəkətinin təşviqi istiqamətində tədbirlər davam etdirilir. BAKU.WS xə...