VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda şəhid xanımının uşaqlarını əlindən alıb, özünü isə dəlixanaya salıblar.

BAKU.WS
xəbər verir ki, qayınanası və baldızı tərəfindən haqsızlığa məruz qalan Ruhiyyə adlı Bərdə sakini Xoşqədəm Hidayətqızıdan imdad diləyib.

Gənc yaşında dul qalmış Ruhiyyənin göz yaşları ilə danışdığı qandonduran həyat hekayəsi hər kəsi dəhşətə gətirib.

Gənc yaşında həyat yoldaşı şəhid olan qadın indi də iki azyaşlı uşağından ayrı düşüb.

Ruhiyyənin sözlərinə görə, qayınanası və baldızı onun oxuma-yazma bilmədiyindən istifadə edərək lazımı sənədlərə imza atdıraraq evini satıblar. Baldız uşağının birini isə Rusiyaya aparıb. Bunun üçün də yazma-oxuma bilməyən Ruhiyyəni aldadaraq icazə sənədinə qol çəkdiriblər.

Digər uşaq isə qayınanadır və anaya göstərilmir.

Qayınana və baldız dövlət tərəfindən şəhid ailələrinə verilən 11 min manatlıq birdəfəlik yardımı mənimsəməklə yanaşı, dövlətin şəhid övladları ilə xanımına ayırdığı 1400 manat aylıq pensiyaya sahiblənirlər.

Başına gətirilən müsibətlərə nə vaxtsa etiraz edəcəyini düşünən qəddar qayınana və baldız şəhid xanımı dəlixanaya yerləşdiriblər. 

Ruhiyyənin valideynləri günlərlə qızları ilə əlaqə saxlaya bilməyiblər. Yalnız anonim zənglə onun dəlixanaya yerləşdirildiyindən xəbər tutublar. 27 gündən sonra anası və qardaşı onu Maştağada yerləşən 1 saylı Ruhi Əsəb Dispanserindən tapıblar. 

Zülfiyyə Qurbanova
BAKU.WS