Şəhid ailələrinin üzvlərinə YENİ GÜZƏŞTLƏR
13
mar
2019
13:30
Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni güzəştlər verilir.BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, bu, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Qanun layihəsi bu gün Milli məclisin İnsan hüquqları komitəsində müzakirə edilib. Dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində və elmi təşkilatlarda ödənişli formada təhsil alan şəhid ailəsi statusu almış ailənin üzvləri təhsil haqqını ödəməkdən azad ediləcəklər.Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.BAKU.WS
Oxşar xəbərlər
Onları işə götürənlərə güzəştlər olacaq - Hadı Rəcəblidən AÇIQLAMA
Əlil vətəndaşları işə götürən sahibkarlara güzəştlər barədə qanun layihəsi hazırlanacaq.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək...