Azərbaycanda yollarda təhlükəsizliyi təmin etmək üçün daha bir addım atılacaq.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bir çox Avropa ölkələri, o cümlədən qonşu Türkiyədə də tətbiq edilən sürücünün sürəti barədə əvvəlcədən məlumatlandırma sistemi ölkə yollarında da quraşdırılacaq.


Bütün bunlar ''Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulub. Bu proqram özündə bir sıra yenilikləri ehtiva edir.

Eyni zamanda ölkənin bütün yollarında sürət optimallaşdırılacaq, daha çox qəza baş verən ərazilər nəzarətə götürüləcək.

Bütün bunların icrasının 2021-ci ilə qədər yekunlaşdırılması planlaşdırılır.

BAKU.WS