“Avtomobil yollarının dövlət reyestri” elektron məlumat bazası yaradılacaq
2019-2021-ci illər ərzində Azərbaycanda “Avtomobil yollarının dövlət reyestri” elektron məlumat bazası yaradılacaq.BAKU.WS report-a istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramında nəzərdə tutulub.
Məqsəd yol hərəkətinin təhlükəsizliyi sahəsində fəaliyyəti elektronlaşdırmaqdır.
Dövlət Proqramında həmçinin, “Avtomobil yollarının dövlət reyestri” elektron məlumat bazasının yaradılması da nəzərə tutulub.
Eyni zamanda, Azərbaycanda Qlobal Mövqetəyinetmə Sistemi (GPS) ilə uzlaşdırılmış avtomobil yolları şəbəkəsinin interaktiv elektron xəritəsinin yaradılması da görüləcək işlər sırasındadır.
Prezident İlham Əliyev təsdiqlədiyi Dövlət Proqramı ilə qeyd edilən işlərin icraçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Bu işlər üzrə digər icraçı qurumlar sırasında isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Əmlak Məsələləri Dövlət Komitəsi göstərilib.
BAKU.WSOxşar xəbərlər
Bakıda sürücüsüz sərnişin avtobusları olacaq
2023-cü ilədək Azərbaycanda, konkret olaraq Bakı şəhərində şəhərdaxili sərnişindaşımada sürücüsüz nəqliyyat vasitələrindən istifadə olunmasına başlanılması plan...