Prezident yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramını təsdiqləyib
27
dek
2018
21:26
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncamla “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib. Nazirlər Kabinetinə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.Maliyyə Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maliyyələşməni təmin etməlidir.BAKU.WS
Oxşar xəbərlər
Prezident Azərbaycanda dövlət qulluğunun inkişafına dair strategiyanı təsdiqləyib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam im...