Prezident Azərbaycanda dövlət qulluğunun inkişafına dair strategiyanı təsdiqləyib

Prezident Azərbaycanda dövlət qulluğunun inkişafına dair strategiyanı təsdiqləyib
Siyasət 1165
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncam dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədi daşıyır. Sərəncamla “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” təsdiq edilib. Strategiyanın həyata keçirilməsi və icrasının monitorinqi üzrə əlaqələndirici orqan Dövlət İmtahan Mərkəzi müəyyən edilib.Dövlət İmtahan Mərkəzi Strategiyanın icrası üzrə fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat verməlidir.Nazirlər Kabinetinə Strategiyanın 2022-2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini hazırlayaraq 2021-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.BAKU.WS

Son xəbərlər