Bu şəxslər avtomobil idarə edə bilməyəcək - YENİLİK

Bu şəxslər avtomobil idarə edə bilməyəcək - YENİLİK
Sosial 1975
Nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin siyahısı hazırlanacaq. Bu barədə məlumat “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün” Dövlət Proqramında yer alıb.Sənədə əsasən, nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısının təsdiq ediləcək.Məsələnin həlli istiqaməti aidiyyəti qurumlarına tapşırılıb.Professor Adil Qeybulla Oxu.Az-a açıqlamasında bildirib ki, avtomobil idarəçiliyi çox ciddi məsələdir:“Psixi, nevroloji xəstəliyi olan şəxslər avtomobil idarə etmədən azad olunmalıdırlar. Bir insan şizofreniya xəstəliyindən əziyyət çəkirsə, niyə maşın sürsün? Görmə problemi olan insanlar da hazırlanacaq yeni siyahıya daxil edilməlidir. Bu cür qayda Avropa ölkələrində var”.Adil Qeybulla qeyd edib ki, baş verən yol-nəqliyyat hadisələrinin çoxu yüksək sürətə görə olur:“Bunun səbəbinin çoxu sükan arxasında olan şəxsin aqressiv olmasına görə olur. Bu cür insanlar sürücülük vəsiqəsindən məhrum edilməlidirlər”.Qeyd edək ki, dövlət proqramında avtomobil yollarında icazə verilən sürət həddi optimallaşdırılması da yer alıb.Belə ki, yaşayış məntəqələri daxilində nəqliyyat vasitələrinin sürət həddinin küçə-yol şəbəkəsinin xüsusiyyətlərinə uyğun optimallaşdırılması, digər avtomobil yollarında nəqliyyat vasitələri üçün sürət həddi normalarına yenidən baxılması nəzərdə tutulur.Proqrama əsasən, təhlükə doğurmayan bəzi yollarda sürət həddi artırılacaq, qəzaların tez-tez baş verdiyi, təhlükəli hesab olunan bəzi yollarda isə araşdırmalardan sonra sürət həddi aşağı salınacaq.BAKU.WS

Son xəbərlər