Gəncənin yeni icra başçısı əhalinin problemlərini həll etmək üçün tapşırıq verdi (VİDEO)

11
sen
2018
17:05
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu dəfə Yeni Gəncə qəsəbə sakinlərinin şikayət və təkliflərini dinləyib."Açıq mikrafon" şəraitində keçən görüşdə 70-a yaxın sakin öz problemlərini dilə gətirib. Hamılıqla çoxmərtəbəli binalarda liftlərin təmirini, tüstü bacaların təmizlənməsini, dam örtüklərinin dəyişdirilməsi və ərazidə uşaqlar üçün oyun meydançasının yaradılmasını istəyən sakinlər öz fərdi problemlərini də dilə gətiriblər. Onlar arasında isə su, torpaq və işlə təminat kimi məsələlər üstünlük təşkil edib. Səsləndirilən bir çox problemlər yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır.BAKU.WS
Oxşar xəbərlər
Gəncənin yüksək vəzifəli qadın məmuru İŞDƏN ÇIXARILDI
Gəncə Şəhər İcra Hakimiyyətinin baş mütəxəssisi Aytəkin Məmmədova vəzifəsindən azad olunub.BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı şəhər icra h...
