Gəncəlilər yeni icra başçısının yanına ŞİKAYƏTƏ gəldilər

Gəncəlilər yeni icra başçısının yanına ŞİKAYƏTƏ gəldilər
Siyasət 4184
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaş qəbulu keçirib.BAKU.WSxəbər verir ki, qəbulda 45-ə yaxın Gəncə sakininin şikayət və təklifləri dinlənilib. Müraciətlər arasında işlə təminat, vətəndaşlara torpaq sahələrinin verilməsi, qəzalı vəziyyətdə olan binaların təmiri, dam örtüklərinin dəyişdirilməsi kimi məsələlər üstünlük təşkil edib.Həmçinin fərdi məşqulluq layihəsinin dəstəklənməsi, əlillik statusunun alınması ilə bağlı da müraciət edənlər olub. Bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyəti qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.Niyazi Bayramov eyni gündə şəhər ağsaqqalları ilə də görüşüb. Görüşdə elm, səhiyyə, mədəniyyət, idman və digər sahələri təmsil edən 50-yə yaxın ağsaqqal ziyalı iştirak edib.BAKU.WS

Oxşar xəbərlər

Gəncənin yeni icra başçısı DANIŞDI

Gəncənin yeni icra başçısı DANIŞDI

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər ağsaqqalları ilə görüşüb.BAKU.WS xəbər verir ki, bu barədə İcra Hakimiyyətindən "report"a bildiril...

2310 Sosial 09:23 31 avqust 2018

Son xəbərlər