Hüseyn Bağırov Daşkəsəndə vətəndaşları qəbul edib
30
sen
2017
15:11
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Daşkəsəndə vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qəbulda Daşkəsən, Gədəbəy, Samux, Göygöl rayonları və Gəncə şəhərindən olan 40-a yaxın vətəndaş iştirak edib. Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib və müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, qaldırılan bəzi müraciət və şikayətlər araşdırılması məqsədilə nəzarətə götürülüb.Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.BAKU.WS
Oxşar xəbərlər
Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ (CƏDVƏL)
Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli məlum olub.BAKU.WS h...