İbrahim Əzizi: ABŞ və bəzi region ölkələri İrandakı üsyançı qruplaşmaları dəstəkləyir

İbrahim Əzizi: ABŞ və bəzi region ölkələri İrandakı üsyançı qruplaşmaları dəstəkləyir
Dünya 22

İranın cənub-şərqindəki vəziyyət bəzi region ölkələrinin dəstəyi ilə hibrid müharibəyə doğru irəliləyib, Tehran ABŞ və bəzi ölkələrin buna dəstəyini əks etdirən sənədlər əldə edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib.

"İranın cənub-şərqindəki təhlükəsizlik narahatlıqları aradan qaldırılacaq", - o deyib.

İ. Əzizinin sözlərinə görə, ABŞ və bəzi region ölkələrinin üsyançı qruplaşmalara verdikləri böyük resursların kəşfiyyat sənədləri mövcuddur:

"Sərhədin bağlanması məsələsini İranın şərqində ciddi bir prioritet kimi izləyirik və hökumət təsdiqlənmiş vəsaitlərlə sərhədin tamamilə bağlanması məsələsini çox təcili olaraq həyata keçirməlidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər