SİZİN REKLAM BURADA!
055 213 76 73



Ağdaşda bir qrup azyaşlı qeyri-adi və diqqət çəkən aksiya keçiriblər. Onlar təbiəti hifz etmək, çirkləndirmənin qarşısını almaq, heyvanları qorumaq üçün şüarlar yazılmış kağızları kənd ərazisindəki müxtəlif yerlərə yapışdırıblar.

Meşələri yandırmayın, yerə zibil atmayın, heyvanlara əziyyət verməyin. Uşaqlar vərəqələrə bu sözləri yazaraq insanlara çagırış ediblər.

Azyaşlılar yazdıqları kağızları divarlara, dirəklərə yapışdırırlar ki, yoldan keçən sürücülər, ətrafdakı insanlar oxusunlar..

Bura Agdaş rayonunun Gülbəndə kəndidir. Kənd sakini 12 yaşlı Şəhanə Zakirovanın ideyası olan bu aksiyaya 2 bacısı və əmisi uşaqları da qoşulub. Azyaşlı uşaqlar qısa vaxtda yaşadıqları Gülbəndə kəndində bir neçə küçədə bu cür şüarlar yapşdırıblar. Məqsəd isə inasanları bu cür hərəkətlərə yol verməkdən çəkindirmək və maarifləndirmə işi aparmaqdır.

Azyaşlılar əllərində tutduqları bu şüarların yoldan keçən insanlar tərəfindən də maraqla qarşılandıgını bildirirlər.

Azyaşlı uşaqların valideynləri də övladlarını dəstəkləyərək böyükləri şüarlarda yazılanlara əməl etməyə çağırıblar.

Balacalar öz kəndləri ilə yanaşı digər qonşu kəndlərdə də bu aksiyanı davam etdirəcəklər.

BAKU.WS