Körpəsini zibilliyə atan ana hər şeyi etiraf edib
14
iyn
2018
16:12
Yeni doğulmuş qızını zibil qabına atan qadın günahını istintaqa etiraf edib. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanları məlumat verib.BAKU.WS daha əvvəl də xəbər verdiyi kimi, qadın öz yeni doğulmuş qızını zibil qabına məhz 1 iyunda – Beynəlxalq Uşaqların Müdafiəsi Günündə atıb. Xocahəsən sakinləri məişət tullantılarının atıldığı zibil qabındakı qutunun içində uşaq meyiti tapıblar.Bu qorxunc cinayəti törədən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Quliyeva Gülnar Yunis qızı AR Cinayət Məcəlləsinin 121-ci maddəsi ilə (ananın yeni doğulmuş körpəsini qəsdən öldürməsi) cinayət məsuliyyətinə cəlb edilib.Hüquq mühafizəçilərinin bildirdiyinə görə, Quliyeva etiraf edib ki, doğuşu evdə həyata keçirib. Uşaq doğulandan dərhal sonra onun nəfəsi kəsilib. O, tibbi yardım üçün heç yerə müraciət etməyib.İlkin sorğulama zamanı polis Quliyevanın psixi çatışmazlıqdan əziyyət çəkdiyinin fərqinə varıb. Şüuru yerində olmayan Quliyeva ona verilən suallara qeyri-adekvat cavablar verib."Siz niyə qızınızın cəsədini torpağa vermədiniz?" sualına qadın çiyinlərini çəkməklə cavab verib.Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir, lazımi ekspertiza təyin edilib.BAKU.WS
Oxşar xəbərlər
Bakıda hissələrə bölünmüş qadın meyiti tapıldı - DƏHŞƏTLİ CİNAYƏT
Bakıda dəhşətli cinayət hadisəsi baş verib.BAKU.WS-in məlumatına görə, Binəqədi rayonunda zibil qabında hissələrə bölünmüş qadın meyiti aşkarlanıb.Hadisə 8-ci m...