Məkkə və Mədinədə zəvvar uşaqlarına baxanlar olacaq

09
avq
2018
23:27
Səudiyyə Ərəbistanının Həcc Məsələləri Nazirliyi ilk dəfə olaraq Məkkə və Mədinədə zəvvarların azyaşlı uşaqlarına qulluq edilməsi üçün xidmət istifadəyə verib.BAKU.WS AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin məlumatına görə, uşaqlar üçün təhlükəsiz təhsil və əyləncə mühitinin yaradılması, habelə onların həcc günlərində böyük insan axınından qorunması məqsədilə azyaşlılar uşağa qulluq üzrə ixtisaslaşmış personalın nəzarəti altında olacaqlar.Qeyd olunur ki, bu il ziyarət mövsümündə uşaqları Hicri təqvimi ilə zilhiccə ayının 7-dən 13-dək qəbul edəcəklər. Uşaq otaqları və bağçalarında işləyən tərbiyəçilər balacalarla beş dildə - ərəbcə, ingiliscə, fransızca, malayca və türkcə ünsiyyət quracaqlar.BAKU.WS
Oxşar xəbərlər
Bu il Həcc ziyarətində 950 mindən çox zəvvar iştirak edir
Bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gələn zəvvarların sayı 978.159 nəfərə çatıb.AZƏRTAC Səudiyyə Ərəbistanı Krallığının Baş Pasport İdarəsinin məluma...