Həccə gedəcək dindarlara YENİ QADAĞA
16
fev
2018
15:07
Azərbaycandan bu il Həcc ziyarətinə yollanacaq zəvvarlara ziyarət zamanı qrafikdən, xüsusilə Məkkədən kənara çıxmaq yasaqlanıb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, zəvvarlarla ziyarət barədə imzalanan müqavilədə əks olunub.Şərtlərə görə zəvvar qrafikdən, o cümlədən Məkkə şəhərindən kənara çıxmamalıdır. Əks halda kəffarə ödəməli olacaqlar. O da müqavilədə bildirilir ki, zəvvarın qanuna zidd əməlinə görə təşkilatçı (Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məsuliyyət daşımır.Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 dollardır. Həcc ziyarətini Azərbaycanda rəsmi olaraq yalnız QMİ təşkil edir.BAKU.WS
Oxşar xəbərlər
Zəvvarların son qrupu Həcc ziyarətindən qayıdıb
Həcc ziyarətindəki azərbaycanlı zəvvarların son qrupları Vətənə dönüb.BAKU.WS xəbər verir ki, həcc missiyasından APA-ya verilən məlumata görə, bu gün son reysdə...