Azərbaycanda görünməmiş qəddarlıq (FOTO)
07
avq
2018
20:08
İsmayıllı rayonunda iribuynuzlu heyvanlara qarşı qəddarlıq edilib. "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Girk kəndində qeydə alınıb. Belə ki, 40 başa yaxın heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən gecə saatlarında süd vəziləri kəsilib. Kənd sakinləri bu hadisənin, ilk növbədə, hər hansı bir xəstəlik səbəbindən baş verdiyini hesab edərək İsmayıllı rayon Baytarlıq İdarəsinə müraciət ediblər. Baytarlar heyvanlara baxış keçirdikdən sonra bunun hansısa xəstəlik deyil, qəsdən törədilmiş əməl olduğunu müəyyənləşdiriblər. İsmayıllı rayon Baytarlıq idarəsi həmin heyvanlara lazımi yardım göstərərək nəzarətə götürüb. Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda mikroavtobus yük maşını ilə toqquşdu, 6 nəfər yaralandı
İsmayıllı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun xəbərinə görə, Muğanlı-İsmayıllı yolunda "...