
BAKU.WS xəbər verir ki, yarmarkalar əsasən insanların sıx toplaşdığı ərazilərdə, metro çıxışlarının qarşısında təşkil edilib.

Qeyd edək ki, “28 May”, “Memar Əcəmi”,“İnşaatçılar”, “Nərimanov”, “Gənclik” və digər metro stansiyalarına yaxın ərazilərdə yarmarka çadırları fəaliyyət göstərir. BAKU.WS olaraq bir neçə yarmarkaya baş çəkdik. Çəkiliş apardığımız müddətdə yarmarkaya böyük maraq olduğunu gördük.

Yarmarkalardakı satış, məktəbli ləvazimatları və dərsliklərin qiymətləri ilə maraqlanaraq, məktəbli səbətinin dəyərini müəyyənləşdirməyə çalışdıq.
Məktəbli çantası – 8 manatdan 50 manata qədər
Qələm – 0,15 Azn – 1 AZN
Pozan – 0,10 AZN
12 vərəq dəftər – 0,15 AZN
40 vərəq dəftər – 0,30 AZN
100 vərəq dəftər – 0,80 AZN
Rəngli karandaş – 1 – 5 AZN
Qələm yonan – 0,20 AZN
Xətkeş – 0,30 AZN – 5 AZN
Yapışdırıcı - 0,6 - 1 AZN
Sirkul - 1,5 – 5 AZN
Qayçı – 1 – 2 AZN
Papka – 0,40 – 1 AZN
Penal – 1,30 – 10 AZN
Plastilin - 1 - 10 AZN
Albom – 0,50 – 3 AZN
Gündlik – 1,50 – 4 AZN
Su qabı – 4 – 6 AZN
Yazı lövhəsi - 20 - 100 AZN

Bundan başqa, yarmarkalarda kitab və metodiki vəsaitlər də satılır.
“Azərbaycan dili” - 5 manat.
“Azərbaycan dili” iş dəftəri - 5 manat
“Azərbaycan dili” yazı dəftəri 4 manat.
“Riyaziyyat” iş dəftəri 4,50 manat.
“Ana dili“” qiymətləndirmə 3 manat.
“Uçmaza” riyaziyyat 2 manat.
Məktəbəqədər hazırlıq üçün əlifba 4 manat.
“Azbuka” 2 manat təşkil edir.

MALIN ADI | MALIN QİYMƏTİ | ƏLAVƏ XƏRCLƏR |
Sadə qələm | 0,15 AZN | 10 ədəd – 1,5 AZN |
Məktəbli çantası | 8 AZN | 1 ədəd – 8 AZN |
Qələm | 0,15 AZN | 10 ədəd – 1,5 AZN |
Pozan | 0,10 AZN | 2 ədəd – 0,20 AZN |
12 vərəq dəftər | 0,15 AZN | 20 ədəd - 3 AZN |
40 vərəq dəftər | 0,30 AZN | 10 ədəd – 3 AZN |
100 vərəq dəftər | 0,80 AZN | 5 ədəd – 4 AZN |
Rəngli qələm | 1 AZN | 2 qutu – 2 AZN |
Qələm yonan | 0,20 AZN | 2 ədəd – 0,40 AZN |
Xətkeş | 0,30 AZN | 2 ədəd - 0,60 AZN |
Yapışqan | 0,60 AZN | 2 ədad – 1,20 AZN |
Gündəlik | 1,50 AZN | 1 ədad - 1,50 AZN |
Penal | 1,30 AZN | 1 ədad – 1,30 AZN |
Plastilin | 1 AZN | 2 qutu – 2 AZN |
Albom | 0,50 AZN | 2 ədad – 1 AZN |
Su qabı | 4 AZN | 1 ədad – 4 AZN |
Məktəbli forması | 46 AZN | 1 ədad - 46 AZN |
Məktəbli jileti | 8 AZN | 1 ədad – 8 AZN |
Məktəbli köynəyi | 8 AZN | 1 ədəd – 8 AZN |
Cəmi xərclər | 97,20 AZN |
Ziya SƏCCAD
BAKU.WS






