Müşfiqabadda içməli suyu küçəyə axıdırlar - VİDEO

Müşfiqabadda içməli suyu küçəyə axıdırlar - VİDEO
Video
Video 182

Müşfiqabad qəsəbəsində yerləşən Qaçqınlar şəhərciyini su basıb.

Bu barədə sakinlər BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər.

Qeyd edilir ki, 8-9 gündür Abşerondan gələn su borusu partlayıb.

Məsələ ilə bağlı aidiyyatlı qurumlara şikayət olunsa da, cavablandıran olmayıb.

Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təhcizatına müraciət etdik. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, Qaradağ Sukanal İdarəsinin həmin xəttdə baş verən qəzadan xəbəri var.

Qəzalı boru 6 metr dərinlikdə yerləşdiyi üçün dərin qazıntı işləri aparılacaq. Vəziyyət nəzarətdədir, sabah - avqustun 13-də təmir işlərinə başlanılacaq.

Həmin ərszidə su qrafiklə verildiyindən qəzalı borudan axıntı müəyyən saatlarda olur. Suyun verilməsi tam dayandırılsa, sakinlər susuz qala bilər deyə, axıntını borunu təmir etməklə birdəfəlik aradan qaldırmaq məqsədəuyğundur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər