SİZİN REKLAM BURADA!
055 213 76 73


Baku TV-də "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan arasında baş verən hadisələrdən danışılıb.

Bildirilib ki, Azərbaycanın strateji uğurları ilə yadda qalan 44 günlük Vətən müharibəsi təkcə hərbi qabiliyyətin nümayişi olmadı, həm də diplomatik səylərin yenilənməsi üçün katalizator rolu oynadı.

Bundan sonra Azərbaycan sülhü təmin etmək və məcburi köçkünlərin ata-baba yurdlarına qayıtmasını asanlaşdırmaq məqsədilə bir sıra diplomatik təşəbbüslər reallaşdırıb.

Azərbaycanın diplomatik səyləri sərhədlərin delimitasiyası və demarkasiyası, mədəni irsin qorunması, regiondakı iqtisadi, o cümlədən nəqliyyat əlaqələrinin bərpası ilə bağlı danışıqlara qədər uzanıb.

Bununla da Azərbaycan davamlı sülhə şərait yaradan bütün iştirakçı tərəflərin hüquq və ləyaqətinə hörmət edən mühiti inkişaf etdirməyi hədəfləyir.

Ətraflı süjetdə:

BAKU.WS
VİDEO