SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxt ərazisində yeni istirahət zonası salınacaq.

Artıq bununla bağlı işlərə start verilib. Ərazidə qəzalı vəziyyətdə olan bir neçə ev sökülüb.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov "Xəzər Xəbər"ə bildirib ki, abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonunda da müxtəlif tədbirlər görülür.

Onun sözlərinə görə, sözügedən ərazidəki tiklilər paytaxtın estetik görkəminə xələl gətirirdi.

Qurum rəsmisi qeyd edib ki, Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrindəki qəzalı vəziyyətdə olan evlər də sökülür.

BAKU.WS
VİDEO