Qum adası sakinləri işıq problemindən şikayətləndi - VİDEO
Suraxanı rayonu, Qum adası qəsəbəsinin sakinləri elektrik enerjisinin zəif olmasından şikayətçidirlər.
BAKU.WS xəbər verir ki, sakinlər bu problemə görə kondisioner, soyuducu kimi məişət avadanlıqları dəfələrlə sıradan çıxdığını bildiriblər.
Sakinlər kəskin istilər zamanı kondisioner işləmədiyinə görə, gecəni həyətdə keçirməli olurlar.
Məsələ ilə bağlı Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Ülvi Həsənov bildirib ki, yüklənmə səbəbindən işığın verilişi zəifdir.
Ərazidə yaxın zamanda yeni elektrik güc mərkəzləri yaradılacaq:
"Üç-dörd gün içində elektrik enerjisi tam bərpa olunacaq".
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...