SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının, Səbail rayonu, Yüzbəy Mürsəlov 147 ünvanında bir neçə gündür içməli su kanalizasiyaya axır.

Sakinlər bildiriblər ki, su borularında baş verən qəzadan sonra su təkcə kanalizasiyaya axmır, həmçinin evlərə də dolur.

“Bir həftədir su başımıza axır. Hara zəng edirik, deyirlər ki, bir il də olsa, növbənizi gözləyin. Evləri su aparır, kanalizasiya dolub-daşır. Küçəyə çıxa bilmirik, iydən nəfəs almaq olmur. Hər yerdən siçanlar çıxır, belə şey olar?”, - Bayıl sakini narazılığını bildirib.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən qeyd edilib ki, Səbail Rayon Sukanal İdarəsinə tapşırıq verilib, sözügedən ərazidə qəzanın qarşısı alınacaq.

Daha ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO