Naxçıvanda bəzi ərazilər subasmaya məruz qaldı - VİDEO

Naxçıvanda bəzi ərazilər subasmaya məruz qaldı - VİDEO
Video
Video 91

Naxçıvan şəhərinə yağan intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb.

Bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bəzi fərdi evlərə və həyətyanı sahələrə su dolub və fəsadların aradan qaldırılması istiqamətində nazirliyin qüvvələri tərəfindən zəruri tədbirlər görülüb.

Belə ki, müvafiq ərazilərə Mülki Müdafiə Alayın qüvvələri cəlb olunub. Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər