Mağaza sahibləri tərəfindən zəbt olunmuş səki təmizlənib - YENİLƏNİB - FOTO/VİDEO
Paytaxtın Nizami rayonu, Xalqlar dostluğu metrostansiyasının yaxınlığında Bakı Şəhər Ticarət və Xidmət Departamenti ilə Nizami Rayon İcra Hakimiyyəti birgə reyd keçirib və zəbt olunan səki təmizlənərək piyadaların istifadəsinə verilib.
Bu barədə BAKU.WS-ə Nizami Rayon İcra Hakimiyyətindən məlumat verilib.
***10:48
Paytaxtın Nizami rayonu, Xalqlar dostluğu metrostansiyasının yaxınlığından yaşayan sakinlər narazıdırlar.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, ərazidəki mağaza və dükanlar satdıqları malları səkiyə düzərək yolu zəbt edirlər.
Belə olan halda da piyadalar məcbur qalıb avtomobil yoluna çıxmalı olurlar. Həmçinin səkilərə yığılan əşyalar onsuz da dar olan yolda sıxlığa səbəb olur.
Sözügedən görüntüləri təöqdim edirik:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...