SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bütövlükdə bir çox Aİ ölkələri kimi Fransa da öz bəyanatları ilə bu “demokratiyanın sütunları”nın ikili standartlar siyasəti yeritdiyini iddia edənlərin doğruluğunu bir daha sübut edir. İndi baş verənlər bunun əyani təsdiqidir”.

Bu barədə Media.Az informasiya portalının baş redaktoru Cəmilə Ələkbərova CBC telekanalının efirində bildirib.

O, Xurşidbanu Natəvanın abidəsinin yerləşdiyi parkın ətrafında yaranmış vəziyyəti şərh edib və qeyd edib ki, bu işdə ən önəmli iş medianın, həmçinin diplomatların üzərinə düşür.

“Fransanın hazırkı fəaliyyəti beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdidir. Yalnız maarifləndirmə kampaniyası ilə Azərbaycan tərəfinin həqiqətə uyğun mövqeyini dünya ictimaiyyətinə çatdırmaq mümkün olacaq”, - deyə C.Ələkbərova bildirib.

Baş redaktor qeyd edib ki, onlar ölkəmizi qanun pozuntuları ilə ittiham eləməzdən əvvəl öz problemlərini düşünsünlər.

“Bilirsiniz, burada prezidentimiz İlham Əliyevin 44 günlük Vətən Müharibəsi zamanı BBC-yə verdiyi müsahibəni xatırlatmaq yerinə düşər.

Jurnalistin guya “mövcud senzura” ilə bağlı ittihamlarına cavab olaraq dövlət başçısı jurnalist Culian Assanjın adını çəkib və Assanjla bağlı baş verənləri elə söz azadlığının pozulması adlandırıb. Bundan sonra jurnalist özünü itirir və söhbətin mövzusunu dəyişməyə çalışır.

Həqiqətən də, kimisə hər hansı qanun pozuntusunda ittiham etməyə çalışmazdan əvvəl gərək özünə baxasan. İkili standartlar göz qabağındadır”, - deyə C.Ələkbərova bildirib.

Daha ətraflı videoda:

BAKU.WS
VİDEO