13 yaşlı yeniyetmə onu atan anasını bağışlayacaqmı? - VİDEO
Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki buraxılışında atası vəfat etdikdən sonra anası tərəfindən tərk edilən 13 yaşlı Vüsal (ad şərtidir) öz həyat hekayəsini danışıb.
Nənəsinin və babasının himayəsində yaşayan azyaşlının sözlərinə görə, anası onu 6 yaşında ikən atıb gedib və başqası ilə ailə qurub. İkinci uşağını dünyaya gətirəndən bir müddət sonra isə iflic olub.
“Anamın iflic olduğunu nənəmgildən öyrəndim, pis olmadım. Gəlib mənlə yaşamaq istəsə, qəbul etmərəm”, - o söyləyib.
Vüsalın ən böyük arzularından biri şəxsi kompüterinin olmasıdır. Lakin ailənin maddi imkanı onun bu istəyini yerinə yetirməyə imkan vermir.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...