20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır.
Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərclə müayisədə qazanc aşağı olur.
1 hektarlıq sahədən ümumilikdə 50 ton məhsul götürülməsi nəzərdə tutulub. Yığım hələ 1 ay davam edəcək. Fermerlər bundan sonrakı müddətdə qiymətlərin bir qədər qalxmasına ümid edirlər…
Paytaxt bazarlarında isə sahələrdə 20 qəpiyə belə alınmayan pomidor bundan 4 dəfə baha, yəni 60-80 qəpik arasında qiymətə təklif edilir.
Alıcılar isə bu mövsüm üçün qiymətlərin baha olmasından gileylənirlər.
Satıcılar yaxın günlərdə pomidorun qiymətinin enməsini gözlədiklərini bildiriblər.
Oxşar xəbərlər
Ən ucuz məhsullar harada satılır? - Kənd yumurtası 25 qəpik
Həftəsonu yarmarkasında məhsul bolluğu yaşanır. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, yarmarkada qiymətlər də müxtəlifdir. Paytaxtın 3 nöqtəsində fəali...