SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib. Xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin yaxınlığındakı gölün ətrafında məişət tullantıları yığılan ərazidə iyunun 20-də yanğın baş verib və FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə ilə əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində yanğın baş verməsinə münbit şərait yaradan məişət tullantılarının daşınaraq ərazinin təmizlənməsi qərara alınıb.

Qeyd olunanları nəzərə alaraq, gələcəkdə həmin ərazidə yanğın hadisəsinin təkrarlanmasının və ətraf üçün yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmaqla Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının nəzarəti altında xüsusi texnikalar cəlb olunaraq toplanmış məişət tullantılarının ərazidən daşınması işlərinə başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

BAKU.WS
VİDEO

QALEREYA