190 manat yardım üçün mesaj gəlsə də pulu ala bilmədi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir sakini dövlət tərəfindən ona təyin edilən 190 manat birdəfəlik ödəməni ala bilmir.
Xezerxeber.az-ın məlumatına görə, Mahruq Cəfərova bir neçə gün əvvəl e-sosial.az portalı vasitəsilə birdəfəlik ödəmə üçün müraciət edib.
Onun müraciətinə müsbət cavab verilib və telefonuna müvafiq təsdiq mesajı gəlib. Lakin Mahruq Cəfərova pulu almaq üçün banka üz tutduqda ona ödəməni ala bilməyəcəyi bildirilib.
Məsələ ilə bağlı Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı "Xəzər Xəbər”ə bildirdi ki, səbəb həmin vətəndaşın həyat yoldaşına da ödəmənin təyin edilməsidir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, ailədə iki nəfər işsiz olduqda ödəmə onların yalnız birinə təyin edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxşar xəbərlər
Bu şəxslərə ödəmə verilməyəcək - SİYAHI
Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdə...