SİZİN REKLAM BURADA!
055 213 76 73


Zəngəzur dəhlizi açılandan sonra Azərbaycanın sözün əsl mənasında tranzit ölkə kimi rolu daha da güclənəcək.

Elə bu məqsədlə orta dəhliz vasitəsilə tranzit yüklərin daşınması üçün gömrük prosedurları sadələşdirilir və işlər vahid portal vasitəsilə "Bir pəncərə" prinsipi ilə həyata keçiriləcək.

BAKU.WS Xəzərv TV-yə istinadən xəbər verir ki, bu fikirləri Dövlət Görmük Komitəsinin sədri Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, bu portal mal və nəqliyyat vasitələrinin bir bəyannamə əsasında dəhliz boyu hərəkətinə, məlumatların elektron qaydada mübadiləsinə, əvvəlcədən təqdim edilən gömrük tranzit bəyannaməsinin tranzit sənədi kimi istifadəsinə imkan yaradacaq.

Komitə sədri əlavə edib ki, bu cür rəqəmsal həllər ölkəmizin tranzit potensialını daha da artıracaq.

BAKU.WS
VİDEO