SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gündən BAKU.TV-nin efirində Qərbi Azərbaycan Xronikası layihəsinə start verilir.

İlk süjetdə Qərbi Azərbaycanın tarixi oğuz-türk yurdu olduğu faktlarla göstərilir, ermənilərin Qarabağda, eləcə də hələ Qərbi Azərbaycandan son deportasiya başlamışdan əvvəl Göyçə mahalının bir çox oğuz-türk məskənlərindən olan, yeraltı və yerüstü sərvətlərlə zəngin Çəmbərək (Krasnoselsk) rayonunun Ardanış kəndindəki “Dağ yeri”, “Güllərin döşü”, “Kəvəkli dərə”, “Çalın daşı”, “Kollu quzey”, “Qara Güney”, “Şah ocağı” adı ilə tanınan ərazinin necə talan edilib viran qoyulmasından, ekoloji terrorundan söz açılır.

İlk süjeti yanvarın 30-da saat 21:00-da "QATARLARLA SƏRVƏTİ DAŞINAN QƏRBİ AZƏRBAYCAN" adı ilə Baku Tv-nin efirində izləyə bilərsiniz.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

BAKU.WS
VİDEO