SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Oktyabrın 2-də Azərbaycan Respublikasına pastoral səfərə gələn Roma Papası Fransiskin rəsmi qarşılanma mərasimi olub.

BAKU.WS-in məlumatına görə, Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı meydanda Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiski qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Roma Papası Fransiskə raport verdi. Müqəddəs Taxt-Tacın və Azərbaycanın himnləri səslənib.

Prezident İlham Əliyev və Roma Papası Fransisk fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Rəsmi qarşılanma mərasimi zamanı Roma Papasının baş geyimini külək aparıb. Həmin an kameraya düşüb. Daha sonra Roma Papası Fransisk Azərbaycan əsgərlərini salamlayıb.
 
BAKU.WS