İlham Ağayev 9 ildir ki, yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi Heybət Heybətov küçəsində yerləşən qəbiristanlığı evi kimi təqdim edir.
BAKU.WS xəbər verir ki, bu barədə Real TV-yə danışan 35 yaşlı İlham indi qaldığı uçuq-sökük, qapısız, toz basmış, hörümçək toruna bürünmüş daxmanın bir zamanlar məscid olduğunu deyib.
Valideynlərindən yalnız atasını tanıyan İlham onu sonuncu dəfə 2-ci sinifdə oxuyanda görüb. Anasının taleyindən isə, ümumiyyətlə, xəbərsizdir.
1995-ci ildə atası onu 8 saylı sanatoriya tipli internat məktəbinə yerləşdirib.
Ətraflı süjetdə:
BAKU.WS
VİDEO