VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Prezident İlham Əliyev sentyabrın 1-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.
 
BAKU.WS-in məlumatına görə, mərasimdən sonra dövlət başçısı SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycan Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və xarici şirkətlərin nümayəndələrinin əhatəsində səmimi söhbət edib. 
 
1994-cü ildə "Əsrin Müqaviləsi" ilə bağlı danışıqlar prosesini xatırladan dövlət başçısı Xoşbəxt Yusifzadə ilə bu barədə kiçik söhbət edib. Daha sonra SOCAR prezidentinin verdiyi məlumatları dinləyən ölkə başçısı lazımi göstərişlərini verib. 
 
Şahin Həbibov
BAKU.WS