Prezidentin məmurlarla görüşündə səmimi anlar (VİDEO)
Prezident İlham Əliyev sentyabrın 1-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.
BAKU.WS-in məlumatına görə, mərasimdən sonra dövlət başçısı SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycan Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və xarici şirkətlərin nümayəndələrinin əhatəsində səmimi söhbət edib.
1994-cü ildə "Əsrin Müqaviləsi" ilə bağlı danışıqlar prosesini xatırladan dövlət başçısı Xoşbəxt Yusifzadə ilə bu barədə kiçik söhbət edib. Daha sonra SOCAR prezidentinin verdiyi məlumatları dinləyən ölkə başçısı lazımi göstərişlərini verib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev: "Azərbaycan xalqı daha da yaxşı yaşayacaq"
"Bu gün artıq Azərbaycan böyük qaz dövlətlərinin sıralarına daxil olur. Hasilat, nəqliyyat artacaq, Azərbaycan gələcəkdə tranzit funksiyalarını da oynaya bilər....