SİZİN REKLAM BURADA!
055 213 76 73


İsmayıllı rayonunda yaşayan İbadovlar ailəsi acınacaqlı durumdadır.

Bu barədə Aşıq Bayramlı kənd sakini Məhəbbət İbadova BAKU.WS-ə müraciətində bildirib.

Onun sözlərinə görə, iki övladı beyin iflicindən əziyyət çəkir.

“Qızım Kərimova Gültəkin 2000-ci ildə, oğlum Tehran Kərimov isə 2002-ci ildə doğulub. Hər iki uşaq xəstə olduğu üçün həyat yoldaşım bizi tərk etdi. Ailənin bütün yükü mənim üzərimə düşdü”, - deyə Məhəbbət İbadova bildirib.

Qadının sözlərinə görə, atası həyatda olan dövrə qədər uşaqların xərclərinə yardım edib. Onun ölümündən sonra isə ailənin vəziyyəti daha da ağırlaşıb.

“Rayon yerində iş olmadığına görə evlərə təmizliyə gedirdim. Əkin yerlərində işləmişəm və uşaqları belə müalicə etmişəm. İndi isə övladlarımın vəziyyəti daha da ağırlaşdığından onları evdə tək qoya bilmirəm”.

Bir müddət kirayədə qalsalar da, sonradan pulu ödəyə bilmədiyinə görə, ev sahibi onları evdən çıxarıb. Məhəbbət İbadova məcbur olub övladlarını də götürərək ana evinə sığınıb.

Övladlarının 2-ci qrup əlil olduğunu deyən qadın, dövlətdən aldığı pensiya ilə onları saxlaya bilmir. Deyir ki, aldıqları pensiya onların tələbatını ödəmir. Məhəbbət İbadova yardım sevən insanların köməyinə ehtiyaclarının olduğunu bildirir.

BAKU.WS
VİDEO

QALEREYA