Bakıda biabırçılıq - Restoranın kabab tüstüsü şagirdləri sinifdə boğur - FOTO/VİDEO

Bakının Yasamal rayonunda məktəbin düz yanında restoran açılıb.
Bu barədə sakinlər və şagirdlərin valideynləri BAKU.WS-in “qaynar xətti”nə şikayətlərində bildiriblər.
Qeyd edilib ki, Şəhriyar küçəsi 27 ünvanında 53 saylı orta məktəbin düz hasarının yanında restoran açıblar. Restoranın bacasından tüstü məktəbin həyətinə, ibtidai siniflərin oturduğu otaqlara dolur.
Müəllim pəncərəni bağlayır, amma bütün tüstü məktəbin həyətinə, siniflərə, dəhlizə vurur. Dəfələrlə restoran sahibi və işlədənlərə bu barədə irad bildirilib. Lakin aqresiv cavab alınıb.
Məsələ ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Yasamal rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlara müraciət etdik. Qurumlardan BAKU.WS-ə bildirildi ki, məsələ qeydə alındı və icra olunması üçün aidiyyəti üzrə yönləndirildi.
İnanırıq ki, dövlət qurumları məsələyə ciddi yanaşacaq və problem müsbət həll olunacaq. Hansısa şəxsin şəxsi qazancına görə Azərbaycanın gələcəyi olan uşaqlara mənəvi və psixoloji zərbələr vurmasına imkan verilməyəcək.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...