Novruz bayramı ilə bağlı əhaliyə müraciət - VİDEO

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı əhaliyə müraciət edib.
Nazirlikdən BAKU.WS-ə daxil olan müraciətdə bildirildiyinə görə, xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı zamanı hər birimizin arzusudur ki, bayram şənlikləri ən xoş duyğularla yaddaşlarımıza həkk olunsun.
Bunun üçün isə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməlidir.
Belə ki, bu il də Novruz bayramı koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etdiyindən bayram tədbirlərində ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmalıdır.
Həmçinin, müxtəlif bayram mərasimləri ilə əlaqədar aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır:
- bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...
