Kür çayında suyun səviyyəsi artıb - VİDEO

10
may
2021
16:26
Yaz aylarında havaların qeyri-sabit keçməsi, ölkə ərazisinə intensiv yağışların düşməsi dağ çaylarına olduğu kimi, Kür çayına da öz təsirini göstərib.
Bu, daha çox Kürün aşağı axınında, çayın Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur. Təkcə bu gün Kür çayında suyun səviyyəsi 70 santimetr qalxıb.
Çayın bəzi ərazilərində yaranmış adalar görünməz olub. Əvvəllər tam məhsuldarlığı ilə işləyə bilməyən su nasosları normal qaydada fəaliyyət göstərir. Əkin sahələrinin suvarılmasında yaranmış çətinliklər aradan qalxıb.
Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...
