SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda gündüz vaxtı yollarda işıqları yandırırlar.

Bu barədə paytaxt sakinləri BAKU.WS-in qaynar xəttinə məlumat veriblər.

Bildirilir ki, Nəsimi rayonu ərazisində, “Qış parkı” adlanan yerdə gündüz vaxtı olmasına baxmayaraq, işıq dirəklərində lampalar yanır.

“Çox yerdə axşamlar yollarda işıqlar yanmır. Lakin bəzi yerlərdə gündüz də işıqları söndürməyi unudurlar”, - deyə şikayətçilər bildiriblər.

Məsələyə münasibət öyrənmək üçün Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, Bakıda qış mövsümünə keçidlə bağlı yenilənmə və təmir işləri aparılır.

“Təmir işlərilə bağlı işıq dirəkləri də sazlanır. Buna görə də bəzi yerlərdə işıqları yandırıb, yaranmış problemləri aşkarlayırlar. Ümumiyyətlə, yollarda işıqların yandırılma və söndürülmə vaxtları avtomatik tənzimlənir”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, qurumla danışandan bir neçə dəqiqə sonra işıqlar söndürüldü.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO